9 iyun 2025 at 21:17
Jurnalist kodu: 5564
Xəbər kodu: 85856919
T T
0 Persons
İslami: Buşehr reaktorunun ikinci halqası plan üzrə quraşdırıldı

Tehran – IRNA – İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami nüvə sənayesini ölkənin inkişafının simvolu adlandıraraq bildirib ki, bu sahənin nailiyyətləri xalqın ixtiyarına verilib. O deyib: Buşehr atom reaktorunun ikinci halqasının quraşdırılması plan üzrə həyata keçirilib.

İslami bu gün, 9 İyun, İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası üzvləri ilə görüşdən sonra jurnalistlərə bildirib: Nüvə sənayesi artıq tədqiqat mərhələsini keçərək texnoloji və sənaye məqsədlərinin həyata keçirilməsi mərhələsinə çatıb. Bu sənaye təkcə ölkənin inkişaf və qüdrəti deyil, onun nailiyyətləri aydın şəkildə xalqın istifadəsindədir və inkişaf prosesi getdikcə genişlənir.

O, həmçinin 7-ci İnkişaf Proqramına toxunaraq deyib: Bu proqramdakı əsas öhdəliklərimizdən biri, ölkənin atom elektrik stansiyalarının gücünü üç dəfə artırmaqdır. Şükürlər olsun ki, bu istiqamətdə icraya başlanılıb və davamlı dəstəklərlə bu layihələrin fasiləsiz və vaxtında tamamlanmasına ümid edirik.

0 Persons

Sizin rəyiniz

You are replying to: .